Messinin atasıyla danışıqlara başladılar

“Barselona” klubu Lionel Messinin müqaviləsinin müddətini artırmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin argentinalı hücumçuyla müddəti 2023-cü ilə qədər olan sözləşmə imzalamaq istədiyi və futbolçunun atasıyla danışıqlara başladığı bildirilir.

Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

32 yaşlı hücumçu bu mövsüm “Barselona” ilə 17 oyunda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button