“Barselona”da Rakitiçlə bağlı son qərar verildi

“Barselona” klubu futbolçusu İvan Rakitiçi mövsümün sonunda satacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, xorvatiyalı yarımmüdafiəçinin Çempionlar Liqasından sonra satılacağı bildirilib.

Rakitiç son mövsümdə “Barselona” formasıyla 41 oyun keçirib. 32 yaşlı futbolçunun müqaviləsi 2021-ci ilin yayına qədərdir.