“Barselona”nın futbolçusu sıradan çıxdı

“Barselona” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan futbolçu La Liqanın 25-ci turunun “Sevilya” ilə səfər matçında (2:0) zədələnib.

Pedrinin son durumu tibbi müayinədən sonra bilinəcək.