Messi: Ardıcıl 17 mövsüm…

“Barselona” İspaniya La Liqasının 3-cü turu çərçivəsində “Vilyarreal”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada (4:0) Kataloniya təmsilçisinin 3-cü qolunu penaltidən vuran Lionel Messi yeni uğura imza atıb. Belə ki, argentinalı futbolçu ardıcıl 17 mövsümdür ki, La Liqada qol vurur.

Daha əvvəl bunu “Real”ın müdafiəçisi Serxio Ramos, “kral klubu”nun sabiq hücumçusu Karlos Alonso və “Atletik”in keçmiş yarımmüdafiəçisi Aqustin Qaynse bacarmışdı.