“Barselona” İngiltərə klubundan təklif alıb – Braziliyalı üçün

“Nyukasl” “Barselona”nın vingeri Rafinya ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu “Nyukasl”dan braziliyalı üçün şifahi təklif alıb. İngilislər Rafinya üçün təxminən 80 milyon avro ödəməyə hazırdırlar.

Daha əvvəl bildirilirdi ki, “Barselona” Lionel Messini PSJ-dən geri qaytarmaq üçün Rafinyanı “Arsenal”, “Nyukasl” və ya “Tottenhem”ə sata bilər.

Rafinya ötən yay 58+7 milyon avroya “Lids”dən “Barselona”ya keçib.

26 yaşlı futbolçu bu mövsüm “Barsa”nın heyətində 45 oyunda 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button