
Ərəblər “Barselona”dan 10 milyon avro tələb edir
“Barselona” Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”dan icarə əsasında heyətinə qatdığı müdafiəçi Joao Kanselonun tam transferi ilə bağlı danışıqları davam etdirir. Portuqaliyalı oyunçunun gələcəyi hələ də sual altındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” Kanselonun tam transferi üçün 10 milyon avro tələb edir. Ancaq “Barselona” bu məbləği ödəməyə isti yanaşmır. Tərəflər arasında danışıqların bu ay davam edəcəyi bildirilir.
Əvvəllər Səudiyyə Ərəbistanı klubu 31 yaşlı müdafiəçi üçün 15 milyon avro tələb etsə də, sonradan qiyməti aşağı salıb. Razılaşma əldə olunarsa, Kanselo ya 2 illik müqavilə, ya da 1+1 şərtli anlaşma ilə “Barselona”ya məxsus olacaq.
O, cari ilin yanvarında icarə əsasında Kataloniya klubuna qoşulub və bu müddətdə bütün turnirlərdə 19 oyuna çıxaraq, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



