“Barselona” dekabrda danışıqlara başladığı futbolçudan cavab gözləyir

“Barselona”nın “Çelsi”dən Sezar Aspilikuetanı transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 32 yaşlı müdafiəçiyə daha bir mövsüm uzadılması ehtimalı ilə iki illik müqavilə təklif edir.

İspan müdafiəçi ilə danışıqlar dekabr ayında başlayıb, lakin “Barselona” hələ də Aspilikuetanın yekun qərarını gözləyir.

Aspilikuetanın “Çelsi” ilə müqaviləsi bu yay başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button