“Barselona”dan Valverdeyə son şans

“Barselona” baş məşqçisi Ernesto Valverde ilə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın İspaniya La Liqasının növbəti iki turunda da xal itirəcəyi təqdirdə, Valverdenin istefaya göndəriləcəyi bildirilir.

“Barselona” 6-cı tur çərçivəsində sabah “Vilyarreal”ı qəbul edəcək, 7-ci turda isə sentyabrın 28-də “Xetafe” səfərinə yollanacaq.

Kataloniya təmsilçisi hazırda 7 xalla 8-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button