“Barselona” “Atletik” qarşısına onsuz çıxacaq

“Barselona” İspaniya La Liqasının ilk turunda “Atletik”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi səfər matçında Lionel Messinin köməyindən istifadə edə bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Messinin adı “Atletik”lə matçın iştirak ərizəsinə salınmayıb.

Bir müddət əvvəl məşqdə zədələnən Messi, “Barselona”nın son hazırlıq toplanışında da iştirak etməmişdi.

“Atletik” – “Barselona” matçı bu gün, saat 23:00-da start götürəcək.