
“Barselona” müdafiəçisi üçün təklif gözləyir
“Barselona”nın müdafiəçisi Ronald Arauxo bu yay komandadan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Kataloniya klubu müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər olan uruqvaylı futbolçu ilə yollarını ayırmağa hazırdır. Arauxo özü ayrılmaq istədiyi və klubu qane edəcək təklif daxil olduğu təqdirdə, “Barselona” onun transferinə mane olmayacaq.
27 yaşlı müdafiəçi ötən mövsüm La Liqada 24 oyuna çıxıb, 3 qol vurub, 2 dəfə isə qırmızı vərəqə ilə meydandan qovulub. “Transfermarkt” portalının məlumatına görə, Arauxonun bazar dəyəri 20 milyon avro təşkil edir. O, 2020-ci ilin oktyabrından “Barselona”nın formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



