Balotelli D Seriyasında çıxış edən komandada

Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Mario Balotelli hazırda D Seriyasında çıxış edən “Françakorta” komandası ilə birgə məşq edir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə Balotellinin “Françakorta”nın rəsmilərindən biri ilə dost olduğu bildirilib. Üstəlik, sözügedən komanda futbolçunun doğma şəhəri Breşiyanın yaxınlığında məskunlaşıb.

Azad agent statusuna malik 30 yaşlı hücumçu özünə yeni iş yeri axtarır. O, yayda “Breşiya” ilə yollarını ayırandan bəri işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button