
Azərbaycanlı cüdoçu Avropa çempionatına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Komanda.az xəbər verir ki, idmançı 1/32 finalda Maya Goşenlə (İsrail) üz-üzə gəlib.
Rəqibini məğlub edən Ağayeva növbəti raunda vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



