
“Bizi çətin oyun gözlədiyinin fərqindəyik” – Duran
“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bunları söyləyib:
“Bizi çətin oyun gözlədiyinin fərqindəyik. “Nyukasl” çətin rəqibdir. Lakin istənilən halda, azarkeşlərimizi sevindirməyə çalışacağıq.
İngiltərə klubları fiziki cəhətdən çox güclü komandadırlar. Zəif tərəflərindən istifadə edib, üstünlük əldə etməyə çalışacağıq.
“Qarabağ”da bu yolu keçmək mənə çox xoşdur. Bilirəm ki, gəncəm və daha çox işləməliyəm. Bu mövsümü çox uğurlu keçirirəm və xoşbəxtəm. Kolumbiya millisində çıxış etmək mənim uşaqlıq arzumdur. Belə davam edərsə, arzuma daha çox yaxınlaşıram. Millidən dəvətə qaldıqda, hələ olmayıb”.
Nəzrin
Bizi Facebook-da izləyin



