
40 milyondan çox insan Mbappenin “Real”dan getməsini istəyir
“Real”ın azarkeşləri komandanın fransalı hücumçusu Kilian Mbappe ilə bağlı sərt mövqe nümayiş etdiriblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkədə “Mbappe Out” adlı petisiya (aksiya) sürətlə yayılmağa başlayıb. “Kral klubu”nun fanatları fransalı futbolçunun göndərilməsini tələb edirlər.
Petisiya yayımlandıqdan cəmi bir neçə gün sonra artıq 40 milyondan çox səs toplayıb. İlk 24 saat ərzində isə Mbappenin gedişini istəyənlərin sayı 10 milyonu keçmişdi.
27 yaşlı forvard 2024-cü ilin yayından “Real”ın formasını geyinir. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



