Azərbaycanlı karateçidən qızıl medal

16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Amin Yadigarlı Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən “Karate1 Youth League” turnirinin qızıl medalını qazanıb.

Komanda.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən gənc idmançı bütün rəqiblərindən güclü olaraq, yarışı qalib kimi tamamlayıb.

Ondan əvvəl Nicat Kərimli (75 kq) və Rumil Cəfərli (76 kq) gümüş medala layiq görülmüşdü.

“Karate1 Youth League” turnirinə fevralın 26-da yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button