Azərbaycanın yığması Litvaya məğlub oldu

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, yığmamız Litvanın qonağı olub

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 41:26. Millimiz fevralın 28-də bu rəqibini Bakıda məğlub etmişdi – 35:33.

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button