Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazandı

Azərbaycan batutçuları Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024″ beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Komanda.az xəbər verir ki, ölkəmizi sinxron proqramda təmsil edən Əli Niftəliyev və Ammar Baxşaliyev qızıl medal qazanıblar.

Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc mükafata sahib çıxıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button