Azərbaycanın daha bir cüdoçusu “Böyük Dəbilqə”də finala yüksəlib

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) bu raundadək irəliləyə bilib.

Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə medal şanslarını itiriblər.

“Böyük Dəbilqə” martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button