Azərbaycanı dünya çempionatında 6 boksçu təmsil edəcək

Azərbaycanı Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçiriləcək dünya çempionatında 6 idmançı təmsil edəcək.

Komanda.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

Mundial martın 8-dən 16-dək keçiriləcək.

Yarışa bu gün yollanan milli komanda martın 17-də Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button