Obradoviç Azərbaycan millisi ilə ilk qələbəsini qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Dalğa Arena”da keçirilən qarşılaşmada hesabı millimiz açıb. Erkən qoldan sonra müdafiəyə çəkilən komandamız matçın sonlarında üstünlüyü əldən verib. Amma əlavə vaxtda Barış Ekincier özünün və komandasının ikinci qolunu vurmaqla yığmamıza ilk qələbəsini qazandırıb.

Avropa çempionatı, seçmə mərhələ

6 sentyabr

Azərbaycan U-21 – Slovakiya U-21 2:1
Qol: Barış Ekincier, 7; 90+3 – Lubomir Tupta, 82.
Baş hakim:
Deyan Yakimovski (Şimali Makedoniya)

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyin Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 16. Doğukan Öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier.
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı.
Baş məşqçi: Milan Obradoviç.
Slovakiya: 1. Martin Vantruba, 4. Kristian Vallo, 6. Martin Şulek, 7. Mihal Tomiş, 8. Martin Bednar, 10. Kristian Herk (k), 11. Lubomir Tupta, 13. Matey Oravets, 15. David Streles, 19. Peter Kolesar, 21. Branislav Sluka.
Ehtiyat oyunçular: 23. Frederik Valats, 2. Adam Kopas, 3. Dominik Şpiriak, 9. Martin Adamets, 14. Yan Bernat, 17. Martin Koval, 18. İvan Mesik, 20. Yakub Svets, 22. Ladislav Almasi.
Baş məşqçi: Adrian Qula.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button