Premyer Liqada 14-cü turun oyun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında 14-cü turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, iki günü əhatə edəcək turun üç görüşü “CBC Sport” kanalı vasitəsilə, biri isə Peşəkar Futbol Liqasının saytında canlı yayımlanacaq.

Tura yanvarın 21-də start veriləcək. “Qarabağ” səfərdə “Sabah”, “Qəbələ” isə “Zirə” ilə qarşılaşacaq. Lider “Neftçi” “Səbail”in qonağı olacaq.

Turun son matçında “Keşlə” “Sumqayıt”la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası, 14-cü tur

21 yanvar

16:00 Zirə – Qəbələ
Zirə İdman Kompleksinin stadionu

16:00 Səbail – Neftçi
“ASCO Arena”

18:00 Sabah – Qarabağ
“Bank Respublika Arena”

22 yanvar

16:00 Keşlə – Sumqayıt
“ASK Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button