Azərbaycan millisinin Bakı toplanışı üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Komanda.az xəbər verir ki, məşqçilər korpusu 23 futbolçuya dəvət göndəriblər.

Qeyd edək ki, U-21 Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Turnir üçün heyətə dəvət olunacaq futbolçuların yekun siyahısı mayın 24-də açıqlanacaq.

Millimiz turnir çərçivəsində ilk oyununu mayın 26-da Ukrayna, 27-də isə Özbəkistan yığmasına qarşı keçirəcək.

  1. Nicat Mehbalıyev – Sabah
  2. Rüstəm Samiqullin – Sabah
  3. Əlirza Müştəbazadə – Neftçi
  4. Rauf Hüseynli – Qarabağ
  5. Arsen Ağcabəyov – Sabah
  6. Rüfət Əhmədov – Qəbələ
  7. Zamiq Əliyev – Qarabağ
  8. Calal Hüseynov – Zirə
  9. Mert Çelik – Neftçi
  10. Rəşad Həsənov – Keşlə
  11. Nihad Qurbanlı – Neftçi
  12. Kamal Kazimov – Kasımpaşa
  13. Xəyal Əliyev – Sabah
  14. Asim Əlizadə – Neftçi
  15. Şakir Seyidov – Sabah
  16. Ədilxan Qarəhmədov – Səbail
  17. Veysəl Rzayev – Sabah
  18. Fərid Yusifli – Neftçi
  19. Vüsal Əsgərov – Neftçi
  20. İsmayıl Zülfüqarlı – Neftçi
  21. Camal Cəfərov – Sabah
  22. Vidadi Cəfərov – Turan Tovuz
  23. Musa Qurbanlı – Zirə
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button