Azərbaycan millisi Avropa Liqasından çıxarıldı

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycanın qadınlardan ibarət voleybol millisini Qızıl Avropa Liqasının iştirakçıları arasından çıxarıb. 

Komanda.az xəbər verir ki, buna səbəb yığmanın yarışda iştirak etməməsidir. Ona görə də, CEV Azərbaycanı siyahıdan çıxarmaq məcburiyyətində qalıb. Azərbaycan millisini C qrupunda əvəzləyəcək yığma da müəyyənləşib. Azərbaycanlı voleybolçuların əvəzinə Macarıstan, Rumıniya və Ukraynaya Bolqarıstan rəqib olacaq.

Həmçinin, kişi voleybolçulardan ibarət yığma komandanın Gümüş Avropa Liqasında iştirak etməyəcəyi gözlənilir. Lakin CEV hələlik Azərbaycanın adını iştirakçılar sırasından silməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button