Azərbaycan – Kipr: Mətbuat konfransı və açıq məşqlərin vaxtı açıqlandı

Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də “Elbasan Arena”da keçiriləcək Azərbaycan – Kipr oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, sabah – oktyabrın 12-də öncə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı və yığmamızın açıq məşqi baş tutacaq. Ardından isə onun rəqib həmkarı jurnalistlərin suallarını cavablandıracaq.

12 oktyabr
Azərbaycan milli komandası
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Kipr milli komandası
Saat 20:30. Mətbuat konfransı
Saat 21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, tədbirlərin saatı Bakı vaxtı ilə göstərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button