
Azərbaycan cüdoçusu Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.
Komanda.az xəbər verir ki, idmançı 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib. Rəqibini məğlub edən Gültac Məmmədəliyeva növbəti raunda vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxacaq. Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



