Azərbaycan cüdoçuları Avstriyada toplanışdadı

Avstriyanın Mittersill şəhərində cüdo üzrə ənənəvi beynəlxalq təlim-məşq toplanışı keçirilir.

Komanda.az xəbər verir ki, toplanışda dünyanın 52 ölkəsinin atletləri ilə yanaşı, Azərbaycan cüdoçuları da iştirak edirlər.

Mittersill toplanışına bu dəfə də olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatılıblar. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək gələcək mötəbər yarışlara hazırlaşırlar.

Toplanış yanvarın 15-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button