Milli komandanın üzvü “Azərreyl”də

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub, Azərbaycan millisinin üzvü Anastasiya Bessonovanı heyətinə qatıb.