Azərbaycanlı hakimlər Avropa çempionatının oyunlarına təyinat aldı

Azərbaycanın FİFA referiləri UEFA-dan növbəti təyinat alıblar.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas hakim Rauf Cabarov və FİFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlarda iş başında olacaqlar.

İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun matçları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button