Azərbaycanlı avarçəkən Türkiyədə “qızıl” qazanıb

Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, Nəsiri akademik avarçəkmə qayığında 42 km məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib.

“Commagene Rowing Marathon” adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb.

Turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 km məsafələrdə yarışıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button