“Azərbaycanda maliyyə ilə bağlı heç bir problem yox idi”

Artıq fəaliyyətini dayandırmış “Simurq” klubunun sabiq yarımmüdafiəçisi Raul Kostin Azərbaycandakı karyerası barədə danışıb.

Komanda.az xəbər verir ki, rumıniyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Azərbaycandakı karyeram mənim üçün yaxşı təcrübə oldu. Orada maliyyə baxımından heç bir problem yox idi”.

Bu yaxınlarda peşəkar karyerasını başa vuran veteran futbolçunun sözlərinə görə, Azərbaycanda çempionatın səviyyəsi pis deyildi: “Amma nəyisə dəyişmək imkanım olsaydı,”Vasluy”dan ayrılanda fərqli qərar verərdim. Bir neçə təklifim oldu, amma mən Azərbaycana getməyə qərar verdim. Həmin vaxt “Rapid” və “Panduri”dən də dəvət var idi. Lakin mən ölkə xaricində oynamaq istəyirdim”.

Xatırladaq ki, Raul Kostin 2013/14 mövsümündə “Simurq”da çıxış edib. Zaqatala təmsilçisi 2015-ci ildə fəaliyyətini dayandırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button