Azərbaycan Şahmat Federasiyasında yeni prezident, yeni baş katib

Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

Komanda.az xəbər verir ki, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin olunub. O, bu postda Faiq Həsənovu əvəzləyib. Həsənov federasiyada 1-ci vitse-prezident olub.

Mahir Məmmədov bu gün AŞF-nin prezidenti seçilib.