Azərbaycan millisiylə matçdan öncə heç-heçə

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

Komanda.az xəbər verir ki, beynəlxalq yarışlardan təcrid olunmuş Rusiya yığması uzun fasilədən sonra yoxlama matçına çıxıb və Tacikistanla səfərdə qolsuz heç-heçə edib.

İspaniya yığması İordaniya üzərində inamlı qələbəyə sevinibsə, Portuqaliya Nigeriya seçməsini 4 cavabsız qolla yenib. 

Noyabrın 20-də Azərbaycan milli komandasını qəbul edəcək Şimali Makedoniya yığması isə Finlandiya ilə qarşılaşıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi bu oyunda qalib müəyyənləşməyib.

Yoxlama oyunları
17 noyabr

Peru – Paraqvay 1:0
Nikaraqua – El Salvador 1:0
Qana – İsveçrə 2:0
Anqola – Botsvana 1:0
Yaponiya – Kanada 1:2
Tacikistan – Rusiya 0:0
İordaniya – İspaniya 1:3
Mərakeş – Gürcüstan 3:0
Ruanda – Sudan 0:0
Suriya – Belarus 0:1
Rumıniya – Sloveniya
Qvineya-Bisau – Qabon 1:3
Malta – Yunanıstan 2:2
Monteneqro – Slovakiya 2:2
Şimali Makedoniya – Finlandiya 1:1
İsrail – Zambiya 4:2
CAR – Mozambik 2:1
Portuqaliya – Nigeriya 4:0
Lüksemburq – Macarıstan 2:2
İrlandiya – Norveç 1:2

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button