Nazarov oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Aue təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Almaniyanın Regional Liqasında mübarizə aparan komanda ilə keçirilən görüş “Ersgebirge”nin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Dmitri Nazarov sözügedən qarşılaşmada əsas heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib.