Azərbaycan millisi bu gün Gürcüstana yollanacaq

18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün bu gün Gürcüstana yollanacaq.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, məqsəd növbəti Avropa çempionatına hazırlaşmaqdır.

Bir neçə gündür Bakıda fiziki və texniki-taktiki plan üzrə məşqlərdə iştirak edən U-18 hazırlığın ikinci mərhələsini Gürcüstanda keçəcək. Milli dekabrın 12-dək Tbilisidə baş tutacaq toplanış zamanı 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komanda Gürcüstanın U-18 və U-16 millilərinin hərəsi ilə iki dəfə üz-üzə gələcək.

U-18-lər arasında Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button