Azərbaycan kubokuna start verildi

Stolüstü tennis üzrə Azərbaycan kubokuna start verilib.

Komanda.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışa müxtəlif idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin ümumilikdə 16 komandası qatılıb.

4 gün davam edəcək ölkə kubokunda tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa turnirində qalibləri müəyyənləşdirəcəklər.

Azərbaycan Respublikası Gənclər və ldman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir. Həmçinin, perspektivli idmançıları üzə çıxarmaq və milli komandaya namizədləri müəyyənləşdirmək məqsədi daşıyan yarışın qalibləri AGİN-nin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button