Azərbaycan kuboku: Nominal meydan sahibi müəyyənləşdi

Azərbaycan kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” klubu meydan sahibi elan olunub. Püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.

Azərbaycan kubokunun finalı mayın 19-da, Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button