Azərbaycan klubundan braziliyalı futbolçuya təklif

Braziliya millisinin sabiq futbolçusu Eronildo dos Santos Azərbaycan klubundan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Arenarubronegra.com” məlumat yayıb.

Məlumata görə, 22 yaşlı hücumçu icarə əsasında Azərbaycan klublarından birinə keçə bilər. Həmin komandanın adı açıqlanmır. Tərəflər arasında danışıqların aparıldığı və razılığın əldə olunacağı halda 1 illlik icarə müqaviləsinin bağlanacağı bildirilir.

Eronildo Braziliyanın U-17 millisinin sabiq üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button