Azərbaycan karateçilərindən Gürcüstanda 13 medal

Azərbaycanın gənc və yeniyetmələrdən ibarət karateçiləri Gürcüstanda keçirilmiş ”Open Georgia” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Komanda.az xəbər verir ki, təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.

Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb. İdmançılarımız məşqçilər – Əbülfət Qarayev, Vüsal İsrafilov, Siyavuş Bayramov, Rüstəm Əkbərov, Mais Mədətov və Tərlan Cavadovun rəhbərliyi altında qüvvəsini sınayıb.

Yarışda ölkəmizi hakim qismində Vüqar Kərimov təmsil edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button