
Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də gümüş medal
Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, o, finalda Nurkanat Serikbayevə (Qazaxıstan) uduzmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Digər təmsilçilərimizdən Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



