Azərbaycan çempionatında ikinci dövrəyə start verilir

Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında ikinci dövrəyə start veriləcək.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.

“Xırdalan” “Atom”la üz-üzə gələcək. Turun qalan görüşləri isə dekabrın 7-də keçiriləcək.

Qeyd edək ki, ilk dövrədən sonra “Zirvə” 15 xalla zirvədə qərarlaşıb. “Sərkərdə”, “Atom” və “Gəncə” isə cəmi 2 xal fərqi ilə lideri izləyirlər.

Azərbaycan Super Liqası, 9-cu tur

6 dekabr

18:00. Xırdalan – Atom

7 dekabr

14:30. Sıçrayış – Atletik

16:30. Zirvə – 80-lər

18:30. Sərkərdə – Gəncə

Zirvə – 15, Atom – 13, Gəncə – 13, Sərkərdə – 13, Atletik – 12, Xırdalan – 11, Sıçrayış – 11, 80-lər – 8.