
Azərbaycan boksçuları Niderlandda 3 medal qazanıb
Azərbaycanın boks millisi Niderlandın Eyndhoven şəhərində keçirilmiş beynəlxalq turniri üç medalla başa vurub.
Bu barədə Komanda.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığmanın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Abdullayev (65 kq) yarışı gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



