Tokio-2020: Azərbaycanın daha bir idmançısı mübarizəni dayandırdı

Azərbaycan atleti Anna Skidan Tokio Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Komanda.az xəbər verir ki, çəkicatmada mübarizə aparan idmançı təsnifat mərhələsində 69,57 metr nəticə ilə A qrupunda 8-ci olsa da, yekunda finala vəsiqə verən 12-liyə düşə bilməyib. Skidan iki qrupun çıxışından sonra 16-cı yeri tutub və Tokio-2020 ilə vidalaşıb.

Anna 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında 13-cü olmuşdu.