Azər Əliyev Rusiyada özünə yeni klub tapdı

Ötən ilin son günlərində Rusiyanın “Ufa” klubu ilə yollarını ayıran Azər Əliyevin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi “Tambov”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, yeni komandasında “7” nömrəli formanı seçib.

Azər artıq yeni komandasında debüt etməyə də imkan tapıb. Yarımmüdafiəçi Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən “Tambov” – “Rotor” matçının (1:3) iştirakçısı olub. 18-ci dəqiqədə meydana buraxılan azərbaycanlı futbolçu, 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 20 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.