Avropa Liqası: “Milan” bu gün “Roma” ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ı 1/8 finalda mübarizədən kənarlaşdıran “Bayer” Leverkuzendə “Vest Hem”i sınağa çəkəcək.

İtaliyada “Milan”la “Roma” üz-üzə gələcək. “Liverpul” doğma meydanda “Atalanta”nı sınağa çəkəcək. “Marsel” isə Portuqaliyada “Benfika”nın qonağı olacaq.

1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar

11 aprel

23:00. Milan (İtaliya) – Roma (İtaliya)
23:00. Liverpul (İngiltərə) – Atalanta (İtaliya)
23:00. Bayer (Almaniya) – Vest Hem (İngiltərə)
23:00. Benfika (Portuqaliya) – Marsel (Fransa)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button