
Avropanın iki klubu “Qalatasaray”ın baş məşqçisi ilə maraqlanır
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk yayda komandasını tərk edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
Okan Burukla “Latsio” və “Tottenhem” yaxından maraqlanır. Məşqçinin İstanbul klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq və o, istədiyi təqdirdə yeni komandaya azad agent kimi keçə bilər.
Türkiyəli mütəxəssis italyan dilini bilir. Bunun səbəbi isə onun vaxtilə 3 il “İnter”də çıxış etməsidir.
İddialara əsasən, “Latsio” rəhbərliyi Buruku komandanın hazırkı baş məşqçisi Mauritsio Sarri üçün potensial əvəzləyici kimi görür. Digər tərəfdən, “Tottenhem” isə yaxın zamanda İqor Tudorla yollarını ayıracağı üçün yeni baş məşqçi axtarışındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



