Avroliqada həftənin ən yaxşı futbolçusu məlum oldu

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına “Benfika”dan Joao Feliks layiq görülüb. O, Frankfurt “Ayntraxt”ına 4:2 hesabı ilə qalib gəldikləri görüşdə 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Feliks, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə Aaron Remsi (“Arsenal”), Villian (“Çelsi”) və Qonsalo Quedesi (“Valensiya”) qabaqlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button