“Atletiko”ya kubok şoku, “Real” uduzsa da…

Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Valyadolid” doğma meydanda “Xetafe” ilə heç-heçəyə razılaşıb. İlk oyunda qələbə qazanan “Xetafe” ilk 1/4 finalçı olub.

“Valensiya” isə “Sportinq”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağınla mərhələ adlayıblar.

İkinci oyun günündə üç görüş baş tutub. “Atletiko”nun “Jirona” ilə ev oyunu kifayət qədər məhsuldar alınıb. İlk oyunda 1:1 hesabı qeydə alınmışdısa, bu dəfə tərəflər daha bol qollu heç-heçəyə razılaşıblar. Nəticədə, səfərdə daha çox qol vuran “Jirona” “Atletiko”nu kubokdan kənarlaşdırıb.

“Sevilya” evdə “Atletik”ə, “Real” isə səfərdə “Leqanes”ə uduzmasına baxmayaraq, ilk oyundakı inamlı qələbə sayəsində mərhələ adlayıblar.

İspaniya Kuboku, 1/8 finalın cavab oyunları

15 yanvar

Valyadolid – Xetafe 1:1 (ilk oyun 0:1)
Valensiya – Sportinq 3:0 (1:2)

16 yanvar

Atletiko – Jirona 3:3 (1:1)
Sevilya – Atletik 0:1 (3:1)
Leqanes – Real 1:0 (0:3)

17 yanvar

22:30. Real Sosyedad – Betis (0:0)
23:30. Espanyol – Vilyarreal (2:2)
00:30. Barselona – Levante (1:2)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button