“Madridin ən yaxşı komandası olmaq bizim üçün çox vacibdir”

“Atletiko”nun futbolçusu Joao Feliks La Liqada “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan portuqaliyalı hücumçu, Madrid derbisinin gərgin keçəcəyini söyləyib:

“Xüsusi bir matç olacaq. Oyunda gərginlik yüksək həddə olacaq. Azarkeşlərimiz “Real”la oyunlara yüksək motivasiya ilə gəlir. Madridin ən yaxşı komandası olmaq bizim üçün çox vacibdir.

“Atletiko” hər mövsüm La Liqanın favoritlərindəndir. Hər oyunda qələbə qazanmaq istəyirik, amma bu, hər matçda alınmır”.

Dekabrın 12-də keçiriləcək “Real” – “Atletiko” matçı saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button