Simeone hücumçu axtarır

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 2-ci turunda “Elçe”yə qarşı keçirdikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, hücumçuya ehtiyaclarının olduğunu deyib:

“Mövsümə hazırlaşmaq asan olmadı. Futbolçularımız Amerika kubokunda bir çox oyun keçirdilər. Bəzi oyunçular hazırlığa vaxtında qoşulmadılar. Biz bu vəziyyətə uyğunlaşmaq məcburiyyətində qaldıq.

Transfer olacaq. Hücum xəttinə oyunçu axtarırıq. İki futbolçu ilə danışıqlar aparırıq. Hücumçuya ehtiyacımız var. Bu, mütləqdir. Uyğun bir variant axtarırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button