Türam Madrid klubunun hədəfində

“Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türam karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu Lilian Türamın oğlu ilə “Atletiko” yaxından maraqlanır.

Türamı “İnter” və “Nyukasl” klubları da heyətinə cəlb etməyə çalışır. Bundan başqa, futbolçu uğrunda “Arsenal”, “Yuventus”, “Tottenhem” və MLS klublarından “İnter Mayami”nin mübarizə apardığı da deyilir.

“Borussiya”nın yayda futbolçunu 10 milyon avroya satmağa hazır olduğu haqda məlumat yayılmışdı.

Markus Türam bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button